Neftçilər Residence Üçün 35 kVt-lıq On Grid Günəş Paneli Sistemi

Neftçilər Residence Üçün 35 kVt-lıq On Grid Günəş Paneli Sistemi
Neftçilər Residence üçün quraşdırılmış 35 kVt gücündə on-grid günəş paneli sistemi ildə 84,000 kVt təmiz enerji istehsal edir, sakinlərə qənaət və əlavə gəlir, ətraf mühitə isə karbon emissiyasının azalması ilə fayda verir.

Neftçilər Residence Üçün 35 kVt-lıq On Grid Günəş Paneli Sistemi

Helind Enerji tərəfindən həyata keçirilmiş bu layihə çərçivəsində Neftçilər Residence üçün ən müasir texnologiyalara əsaslanan 35 kVt gücündə on-grid günəş paneli sistemi quraşdırılmışdır. Layihənin əsas məqsədi həm ətraf mühitin mühafizəsi, həm də sakinlərin elektrik xərclərinin optimallaşdırılması istiqamətində dayanıqlı enerji həlləri təqdim etməkdir.

Sistem 60 ədəd 585 V gücündə yüksək məhsuldarlıqlı half-cell panellərdən ibarətdir. Bu panellər günəş enerjisini toplayaraq smart invertor sistemi vasitəsilə elektrik enerjisinə çevirir və onu birbaşa dövlət şəbəkəsinə ötürür. Bu texnologiya sayəsində sistem il ərzində təqribən 84,000 kVt təmiz enerji istehsal edir.

Ətraf Mühitə Təsiri

  • İllik təxminən 46.2 kq karbon emissiyasının qarşısı alınır

  • Daha təmiz hava və ekoloji mühit təmin edilir

  • Alternativ enerjiyə keçid ilə yaşıl gələcək prinsipi qorunur


Sakinlər üçün Üstünlüklər

  • Əlavə enerji gəliri: Artıq enerji dövlət şəbəkəsinə ötürülərək əlavə qazanc əldə edilir

  • Xərclərə qənaət: Elektrik ödənişləri aşağı düşür

  • Yüksək performans: Günəşli hava şəraitində sistem daha çox enerji istehsal edir



Müştəri: Neftçilər Residence
Quraşdırma yeri: Bakı
Xidmətlər: On Grid
Qiymət tələb edin
güc
35KWp
kVt
35
illik istehsal
84000KWh
aylıq
7000KWp