İstər şəhər mühitində, istərsə də ucqar yerlərdə yaşayan, tez-tez işıq problemləri ilə rastlaşan, enerji xərclərinə qənaət etmək istəyən hər kəsə alternativ enerjinin tükənməz gücünü təklif edirik.

Bizi fərqləndirən nələrdir?

  • Azərbaycanda enerji sahəsində yerli istehsalı olan yeganə şirkətik.
  • Ehtiyacınızı tam qarşılayan sistem təklifləri edirik.
  • Böyük təcrübəyə malik mühəndislərimiz sizə ən məhsuldar sistemi quraşdırır.
  • Sərfəli qiymətlər.

Təcrübəmiz

İnkişaf etməkdə olan alternativ enerji sahəsində keyfiyyətli məhsullarla müştərilərimizə dəyər veririk.

Alternativ enerji məhsullarının məhsuldarlığını və performansını yaxşılaşdırmaqla yanaşı, enerji sənayesi təcrübəmiz bizə hər addım üçün dərin material təminatı, istehsal və təchizat formaları təqdim etməyə imkan verir.

2018-ci ildən bəri ölkə üzrə 422-dən çox müştəriyə xidmət göstərmişik — fərdi evlərdən tutmuş sənaye obyektlərinə və bərpa olunan bölgələrdəki iri günəş stansiyalarına qədər.