SmartDom üçün 44 Adəd 585V-lıq Günəş Panelindən İbarət On-Grid Günəş Enerjisi Sistem

SmartDom üçün 44 Adəd 585V-lıq Günəş Panelindən İbarət On-Grid Günəş Enerjisi Sistem
SmartDom Residence üçün quraşdırılmış 44 ədəd 585V-lıq On-Grid günəş paneli sistemi, 25.74 kVt gücü ilə binanın kommunal xərclərini azaltmaq və davamlı enerji təminatını gücləndirmək məqsədi daşıyır.

SmartDom üçün 44 Adəd 585V-lıq Günəş Panelindən İbarət On-Grid Günəş Enerjisi Sistem

Helind Enerji tərəfindən həyata keçirilmiş bu günəş enerjisi layihəsi, SmartDom Residence yaşayış kompleksində bina üzrə ümumi kommunal xərclərin azaldılması məqsədilə icra edilmişdir. Layihə çərçivəsində binanın dam hissəsinə 44 ədəd 585 V gücündə yüksək məhsuldarlıqlı half-cell günəş panelləri quraşdırılmış və bu sistem On-Grid (şəbəkəyə bağlı) model üzrə işləyəcək şəkildə dizayn edilmişdir.

Quraşdırılmış sistemin ümumi gücü təqribən 25.74 kVt təşkil edir və bu güc kompleksin ümumi istifadəyə aid olan elektrik xərclərinin – liftlər, pilləkan işıqları, təhlükəsizlik kameraları, yanğın sistemləri və digər ortaq sahə enerjilərinin təmin edilməsində mühüm rol oynayır.

On-grid texnologiyası sayəsində sistem istehsal etdiyi enerjini birbaşa binanın elektrik şəbəkəsinə ötürür. İstehsal ehtiyacdan artıq olarsa, enerji dövlət şəbəkəsinə ötürülə və bu sayədə əlavə dəyər yaradıla bilər. Bu yanaşma həm davamlı enerji istehsalı, həm də xərclərin optimallaşdırılması baxımından çox effektivdir.

Sistemin mühüm üstünlükləri arasında enerji monitorinq sistemiistiliyə davamlı qoruyucu strukturlarAC/DC qoruma avadanlıqları və etibarlı inverter texnologiyası yer alır. Bu komponentlər, həm enerji səmərəliliyini artırır, həm də sistemin uzunömürlü və təhlükəsiz işləməsini təmin edir.

SmartDom Residence layihəsi, şəhər mühitində intellektual enerji idarəçiliyi və yaşıl texnologiyaların tətbiqi baxımından mühüm nümunədir. Layihə nəticəsində bina sakinləri həm ekoloji məsuliyyətin bir parçası olur, həm də aşağı xərcli və dayanıqlı enerji təchizatı ilə faydalanırlar.

 

 

Müştəri: SmartDom
Quraşdırma yeri: Bakı
Xidmətlər: On Grid
Qiymət tələb edin
güc
25KWp
kVt
25
illik istehsal
42276KWh
aylıq
3476KWp