Enerji Xərclərinizi 100%-ə Qədər Azalda Bilərsiniz!

Enerji Xərclərinizi 100%-ə Qədər Azalda Bilərsiniz!

Enerji Xərclərinizi 100%-ə Qədər Azalda Bilərsiniz!

Niyə Enerji Qənaəti Bu Gün Daha Vacibdir?

Elektrik xərclərinin artma səbəbləri

Son illərdə dünyada enerji resurslarının qiymətinin artması fonunda, Azərbaycanda da enerji tariflərində müəyyən dəyişikliklər müşahidə olunur. Ailə büdcəsinin böyük bir hissəsi elektrik, istilik və digər enerji ehtiyaclarına sərf olunur. Xüsusilə yayda kondisioner, qışda isə isitmə sistemləri ev təsərrüfatlarının yükünü artırır.

Evlərin və obyektlərin üzləşdiyi problemlər

  • Sabit gəlirə qarşı artan enerji xərcləri
  • Aylıq elektrik fakturalarının sürətlə artması
  • Enerji itkiləri və effektiv olmayan cihazlar
  • Dayanıqlı və təmiz enerji alternativlərinə çıxışın məhdudluğu

Günəş Enerjisi – Ən Real Alternativ

Günəş enerjisinin işləmə prinsipi

Günəş panelləri, günəş şüalarını udaraq onları birbaşa elektrik enerjisinə çevirən fotovoltaik hüceyrələrdən ibarətdir. Bu enerji ya evdə birbaşa istifadə olunur, ya da artıq olanı dövlət şəbəkəsinə ötürülür (On Grid sistemlərdə). Beləliklə, siz həm elektrikdən istifadə edir, həm də qənaət edirsiniz.

Azərbaycanda günəşli günlərin sayı

Azərbaycanda orta hesabla illik 260-280 gün günəşlidir. Bu rəqəm, günəş panellərinin il ərzində yüksək səviyyədə enerji hasil etməsi üçün ideal şərait yaradır. Xüsusilə Bakı, Gəncə, Yevlax, Şirvan və Naxçıvan kimi bölgələr günəş enerjisi potensialı baxımından çox əlverişlidir. Qeyd edilməyən digər regionlar isə enerji istehsalı baxımından kiçik bir fərqlə digərlərindən fərqlənsə də, yenə də ümumilikdə Azərbaycan günəş enerjisindən istifadə üçün ideal coğrafiyadır.

Günəş Paneli Sistemləri ilə 100% Qənaət Necə Mümkündür?

On Grid və Off Grid sistemlər

  • On Grid sistemlər: Dövlət şəbəkəsinə bağlıdır. Evdə istifadə olunmayan enerji sistem vasitəsilə şəbəkəyə ötürülür və əvəzində balansınız artır.
  • Off Grid sistemlər: Tam müstəqil işləyir və batareyalar vasitəsilə enerji yığır. Uzaq bölgələr və şəbəkəyə çıxışı olmayan evlər üçün ideal variantdır.

Enerji istehsalı və istifadəsi nümunələri

Əgər siz 10 kVt-lıq sistem quraşdırsanız, ildə orta hesabla 13,500 kVt enerji əldə edirsiniz. Bu da 1 kVt üçün 0.15 AZN hesabı ilə ildə 2025 AZN qənaət deməkdir. Əgər evinizin illik elektrik xərci bu həddədirsə – bu sistemlə onu tam sıfıra endirmək mümkündür.

 

 

Günəş Enerjisinin Azərbaycandakı Üstünlükləri

Coğrafi yerləşmə və iqlim

Azərbaycanın coğrafi mövqeyi, xüsusilə Bakı və ətraf regionlar, günəş enerjisi texnologiyalarının tətbiqi üçün çox əlverişlidir. Günəşin hər gün orta hesabla 4.5-5 saat effektiv parlaması enerji hasilatında sabitliyi təmin edir.

Ailə büdcəsinə real təsir

Bir çox ailə artıq aylıq 50-150 AZN arası elektrik xərci ödəyir. Günəş paneli sistemi ilə bu xərcləri 0-a qədər endirmək və artıq xərcləri başqa ehtiyaclara yönəltmək mümkündür.

Xarici Təcrübələr: Türkiyə, Almaniya, Gürcüstan

Dövlət dəstəkləri və vətəndaş marağı

  • Türkiyə: Dövlət 10 kVt-a qədər sistemlər üçün vergi güzəştləri və qrantlar təqdim edir.
  • Almaniya: Günəş enerjisinə keçid edən hər ailəyə subsidiyalar, enerji satışına imkan və investisiya təşviqləri verilir.
  • Gürcüstan: Kənd yerlərində günəş panelləri üçün dövlət dəstəyi genişlənir.

Azərbaycana nəyi tətbiq etmək olar?

Azərbaycanda da dövlətin yaşıl enerji siyasəti inkişaf edir. Bu o deməkdir ki, yenicə inkişafa başlamış sektora ilkin investisiya edənlərdən biri olma şansınız var.  Gələcəkdə subsidiyalar və güzəştlərin artırılması ilə günəş paneli sistemlərinin yayılması daha da sürətlənəcək və günəş enerjisi ilə işləyən evlərin, obyektlərin dəyəri indikindən dəfələrlə daha çox olacaq.

Enerji Qənaətini Artırmaq üçün Əlavə 5 Strategiya

Günəş paneli sistemləri əla bir başlanğıcdır, lakin tam enerji qənaətinə nail olmaq üçün digər yanaşmaları da nəzərə almaq vacibdir:

1. LED işıqlandırmaya keçid

Ənənəvi lampalarla müqayisədə LED lampalar 80%-ə qədər daha az enerji sərf edir və 10 dəfə daha uzun ömürlüdür. Bütün evdə LED lampalara keçid enerji xərclərində ciddi azalma yaradır.

2. Smart texnologiyalarla enerji nəzarəti

Smart termostatlar, ağıllı elektrik ştepselləri və mobil tətbiqlərlə evdəki elektrik cihazlarını idarə etmək mümkündür. Bu texnologiyalar enerjinin nə vaxt və necə sərf olunduğunu optimallaşdırır.

3. Evin izolyasiyası və enerji itkisinə qarşı tədbirlər

İstilik və soyutma xərclərinin böyük hissəsi düzgün izolyasiya olunmamış evlərdə baş verir. Qapı və pəncərə izolyasiyası, damın və divarların istilik tutumu ciddi qənaət yarada bilər.

4. Gündəlik vərdişlərin dəyişdirilməsi

  • Lazımsız işıqları söndürmək
  • Elektrik cihazlarını stand-by rejimində yox, naqillərini çəkərək tam qapatmaq
  • Paltaryuyan və qabyuyanların içini tam doldurqda işlətməyə başlamaq

5. Enerji effektiv cihazlara investisiya

Yeni nəsil A+++ enerji sinfində olan cihazlar, köhnə texnikaya nisbətən 30-50% daha az enerji sərf edir. Soyuducu, kondisioner, su qızdırıcıları kimi cihazların yenilənməsi uzunmüddətli qənaətə səbəb olur.

Helind Enerji ilə Yol Xəritəniz

Texniki baxışdan quraşdırmaya qədər proses

Helind Enerji, hər bir müştəriyə fərdi yanaşma tətbiq edir:

  1. Əlaqə və ilkin məlumatların toplanması
  2. Pulsuz texniki baxış və enerji ehtiyacının təhlili
  3. Evinizə, obyektinizə uyğun sistemin layihələndirilməsi
  4. Təklifin təqdimatı və razılaşma
  5. Quraşdırma və sistemin işə salınması
  6. Monitorinq və quraşdırma sonrası texniki dəstək

Zəmanət, servis və müştəri dəstəyi

  • Panellərə 30 ilədək zəmanət
  • İnverterlərə 10 ilədək zəmanət
  • Rutin texniki baxış və təmizlik xidmətləri (istəyə uyğun)
  • 24/7 texniki dəstək və müştəri xidməti

Tez-tez Verilən Suallar (FAQ)

1. Hər kəs bu sistemdən istifadə edə bilərmi?

Bəli. Günəş alan dam sahəsi və minimum elektrik infrastrukturu olan bütün evlər üçün sistem quraşdırmaq mümkündür.

2. Batareyalar lazımdırmı?

On Grid sistemlərdə batareyaya ehtiyac yoxdur. Off Grid sistemlərdə isə enerji ehtiyatı üçün batareyalar vacibdir. Çünki Off Grid sistemlərin şəbəkə ilə əlaqəsi olmur.

3. Sistem dövlət şəbəkəsi ilə necə işləyir?

On Grid sistemlər artıq enerjini dövlət şəbəkəsinə ötürür. Gecə və ya günəş olmayan saatlarda isə ehtiyac olan enerji şəbəkədən alınır.

4. Qışda və buludlu havalarda nəticələr necədir?

Enerji hasilatı bir qədər azalır, lakin sistemlər hələ də işləyir. Effektiv işləmə üçün əyilmə bucağı və yerləşmə vacibdir. Bu da mühəndis hesablamalarımızla ən düzgün şəkildə panellərinizin quraşdırılmasından aslıdır.

5. Bəs nə üçün Helind Enerji ?

  • Yerli bazarda ən çox sistem quraşdıran şirkətdir
  • Enerji sahəsində 10 ildən çox təcrübəsi olan komandaya malikdir
  • Layihəyə uyğun şəkildə Avropa və Asiya istehsalı ən keyfiyyətli avadanlıqlar təqdim edir
  • Müştəri məmnuniyyəti və uzunmüddətli texniki dəstək daim zəmanət altındadır

Enerji Azadlığına Doğru Atılan Addım

Qənaət + ekoloji töhfə

Günəş paneli sistemləri sadəcə maddi qənaət vasitəsi deyil – bu, həm də ətraf mühitə olan məsuliyyətin təzahürüdür. Karbon izini azaldaraq təmiz gələcəyə töhfə vermək mümkündür.

Gələcəyə yatırım olaraq günəş enerjisi

İlkin investisiyanın 4-6 il ərzində geri qayıtması, sonrakı illərdə tam qazanca çevrilməsi günəş enerjisini ən sərfəli yatırımlardan biri edir. Üstəlik, enerji qiymətlərinin artdığı bir dövrdə bu sabitlik əvəzsizdir.

Evinizdən İşıq Gəlsin

Əgər enerji azadlığı və davamlı qənaət sizin üçün önəmlidirsə, bu gün Helind Enerji ilə əlaqə qurun. Sizə uyğun sistem, qənaət planı və texniki dəstək hər biri dəqiq bir şəkildə təqdim olunacaq.

İndi əlaqə saxlayın, enerji xərclərinizi sıfırlayın!

 



 

доля