Günəş Enerjisinə Keçmək İstəyirsiniz? Əvvəlcə Damınıza Baxın

Günəş Enerjisinə Keçmək İstəyirsiniz? Əvvəlcə Damınıza Baxın

Günəş Enerjisinə Keçmək İstəyirsiniz? Əvvəlcə Damınıza Baxın

Günəş enerjisi sistemləri sürətlə yayılır və artıq Azərbaycanda da otellər, fabriklər və fərdi ev sahibləri bu texnologiyadan faydalanmağa başlayıb.

Lakin bir məsələ çox zaman nəzərdən qaçır:

Damınız günəş paneli quraşdırmaq üçün kifayət qədər uyğun və genişdirmi?

Yalnız panelin qiymətinə və gücünə fokuslanmaq düzgün deyil. Əsas sual budur:
Damınızın ölçüsü, quruluşu və mövqeyi planlaşdırdığınız sistemə imkan verir, ya yox?

Bu yazıda qərar öncəsi hansı texniki hesablamaların vacib olduğunu izah edirik.

 

 1. Günəş Paneli Quraşdırmaq Üçün Nə Qədər Sahə Lazımdır?

Gəlin sadə bir hesabla başlayaq:

  • 1 kVt gücündə günəş paneli sistemi üçün təxminən 6–7 m² dam sahəsi tələb olunur.
  • Məsələn, 10 kVt-lıq bir sistem üçün sizə ən azı 70 m² kölgəsiz, düz və möhkəm dam lazımdır.

Sistem gücü artdıqca, dam sahəsi ilə bağlı limitlər ortaya çıxır. Xüsusilə çoxmərtəbəli otellər və biznes mərkəzlərində:

  • Elektrik sərfiyyatı artır
  • Dam sahəsi isə dəyişmir və məhdud qalır

 

2. Sadəcə Sahə Yetərli Deyil – Struktur da Əsasdır

Günəş paneli quraşdırılacaq sahənin yalnız ölçüsü deyil, mühəndislik uyğunluğu da vacibdir.

Diqqət yetirilməsi gərəkən əsas nüanslar:

  • Dam örtüyünün materialı: Beton, metal, şifer – hansıdır?
  • Daşıyıcı qabiliyyəti: Panel + konstruksiya + qışda qar yükləri
  • Damın meyli və istiqaməti: Ən effektiv bucaq 25°-35° arasındadır. İstiqamət isə mümkün qədər cənub yönümlü olmalıdır.

Əgər dam meyilli deyilsə və ya cənuba baxmırsa, enerji istehsal səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.

3. Kölgələnmə: Bütün Sistemi Zəiflədən Faktor

Damınızda aşağıdakı elementlər varsa, enerji istehsalında ciddi problemlər yaşana bilər:

  • Hündür bacalar
  • Kondisioner blokları
  • Anten və ya su çənləri
  • Yaxınlıqdakı ağaclar və ya digər binalar

Bircə panelə düşən kölgə, bütün panel qrupunun gücünü azalda bilər. Bu səbəbdən kölgələnmənin peşəkar cihazlarla ölçülməsi vacibdir.

4. Enerji Sərfiyyatına Uyğunluq

Panel sahəsi planlamasında təkcə dam deyil, sizin enerji istehlakınız da əsas rol oynayır.
Məqsəd sadəcə "nə qədər yerləşdirə bilərik" yox, "obyektin nə qədər enerjiyə ehtiyacı var və bunu nə dərəcədə ödəyə bilərik" olmalıdır.

Əgər obyektiniz çox sərf edir, amma dam məhduddursa:

  • Tam ehtiyacı qarşılamaq mümkün olmaya bilər
  • Amma müyyən faizdə bir qənaət hələ də büdcəniz üçün yüksək təsir gücünə malikdir
  • Alternativ olaraq, torpaq quraşdırmaları və ya fasad panelləri də qiymətləndirilə bilər


4.1. Damda Yer Yoxdursa, Alternativ Sahələrdən Necə İstifadə Oluna Bilər?

Bəzən dam sahəsi texniki və ya fiziki baxımdan yetərli olmaya bilər. Bu zaman günəş enerjisi imkanları tam itmir – obyektin digər açıq sahələri də potensial enerji zonalarıdır.

Alternativ yerlər:

  • Həyət və ya avtodayanacaq ərazisi (Carport sistemləri)
  • Anbar və ya əlavə tikililərin üstü
  • Boş torpaq sahəsi və ya kompleksin perimetri

Bu sahələrdə quraşdırılan sistemlər:

  • Zəmində dayaqla (ground-mounted)
  • Və ya konstruktorlu kölgəlik sistemlərlə həyata keçirilə bilər.

Bu tip quraşdırmalarda əlavə konstruksiya və kabelləşmə xərcləri ola bilər, amma enerji çıxışı və sərbəst planlama üstünlükləri ilə bu çox vaxt daha səmərəli həllə çevrilir.

Əsas məsələ: məkan var, amma düzgün analiz və planlamaya ehtiyac var.

5. Panel Sayı və Güc Seçimi

Hər panelin gücü fərqlidir: 500W, 600W, hətta 700W panellər var.
Dam sahəsi azdırsa, yüksək güclü panellər seçərək həcmə görə maksimum çıxış əldə etmək olar.

Yəni: Eyni sahəyə daha az sayda, amma daha güclü panel yerləşdirilərək enerji performansı optimallaşdırmaq mümkündür.

 

6. Quraşdırma Öncsəi Texniki Yoxlamalar – Mütləqdir

Panel yerləşdirmə qərarı verməzdən öncə, peşəkar mühəndis və enerji mütəxəssisləri tərəfindən obyektin aşağıdakılar üzrə yoxlanması vacibdir:

  • Damın statik durumu
  • Gün işığı xəritəsi (shade analysis)
  • Real sərfiyyat və tarif dəyərləndirməsi
  • İnverter və akkumulyator planlaması (əgər varsa)

Bu yoxlamalardan sonra texniki hesabat hazırlanmalı və obyektinizə uyğun sistem dizayn edilməlidir.

 

Panel Quraşdırmaq Sadəcə Panel Məsələsi Deyil

Damınız böyük görünə bilər, amma bu yetərli deyil.
Yalnız sahə ölçüsü deyil – struktur, istiqamət, sərfiyyat və texniki uyğunluq da nəzərə alınmalıdır.

Ən doğru addım:
Öncə damınıza və sərfiyyatınıza uyğun texniki audit və hesablama aparmaq.
Ancaq bu yolla sisteminiz maksimum səmərə ilə işləyər və investisiyanız özünü doğruldar.

 

Helind Enerji ilə Yoxlayın

Siz də obyektinizdə günəş paneli sisteminin nə qədər səmərəli işləyə biləcəyini öyrənmək istəyirsinizsə, texniki komanda ilə yerində baxış və təhlil xidmətimizdən yararlanın.

 

Bizimlə əlaqə saxlayın – damınızda gələcək üçün yer varmı, birlikdə baxaq.

Share